Modern.az

Fuad Muradov Şəmkirdə gənclərlə görüşüb

Fuad Muradov Şəmkirdə gənclərlə görüşüb

تحصیلات

17 Aprel 2015, 17:45

Azərbaycan Respublika Milli Məclisinin deputatı, Böyük İpək Yolu BGİ- nin sədri Fuad Muradov Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” superturnirinin açılış mərasimində iştirak edib. Daha sonra, millət vəkili Şəmkir şəhər Olimpiya kompleksində rayon gəncləri ilə  görüş keçirib. Modern.az xəbər verir ki, görüşdə, millət vəkili ölkəmizdə keçirilən 1-ci Avropa  Oyunlarının ölkəmiz üçün önəmindən danışıb, bu önəmli tədbir zamanı ölkəmiz haqqında yalnış fikirlərin aradan qaldırılmasında gənclərin rolunun əhəmiyyətli olduğunu qeyd edib. Gəncləri təbliğat prosesində aktiv olmağa səsləyib.

O qeyd edib ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bugün bir çox dövlətlərə nümunədir. Gənclər də  görüş zamanı onları maraqlandıran sualları deputata ünvanlayıblar.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı