"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı polisə çağırılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Ə.Zeynallı özünün "facebook" səhifəsində məlumat verib.
"Bu gün məni saat 15:00 üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə çağırdılar", - Ə.Zeynallı bildirib.
Xatırladaq ki, Ə.Zeynallı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, ötən il dekabrın 29-da Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.
Ağa AKİFOĞLU