Modern.az

Seymur Həzinin həbs müddəti artırıldı

Seymur Həzinin həbs müddəti artırıldı

Hadisə

29 Oktyabr 2019, 20:15

AXCP sədrinin müavini Seymur Həzinin barəsindəki inzibati həbsin müddətindən Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apellyasiya şikayəti verib.

Modern.az xəbər verir ki, bu barədə Seymur Həzinin həyat yoldaşı Nigar Həzi "Facebook" səhifəsində yazıb.


N.Həzi bildirib ki, Seymurun vəkilini təcili olaraq Bakı Apellyasiya Məhkəməsinə çağırıblar və bildiriblər ki, barəsindəki inzibati həbsin müddətindən apellyasiya şikayəti verilib.

Məhkəmənin qərarı ilə S.Həzinin həbs meddəti 15 gündən 30 günə qaldırılıb.

Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok