Bakıda günün ikinci intihar hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə yanvarın 26-da saat 17 radələrində qeydə alınıb.
Belə ki, Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı
S.S.Axundov küçəsində, yaşadığı binanın 6-cı mərtəbəsindən özünü ataraq, intihar edib.
Hazırda Binəqədi rayon prokurorluğu tərəfindən fakt üzrə araşdırmalar davam etdirilir.
Xatırladaq ki, son günlər ərzində Bakıda azı 3 intihar faktı qeydə alınıb.