Modern.az

Tərtərdə iki nəfər minaya düşdü

Tərtərdə iki nəfər minaya düşdü

Hadisə

1 Oktyabr 2022, 12:12

Tərtər rayon sakinləri minaya düşüblər.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Tərtər rayonunun Səhləband kənd sakinləri olan 1990-cı il təvəllüdlü  Nicat Cabbarov və 1976-ci il təvəllüdlü Rafael Bayramov Üçüncü Sovxoz adlanan ərazidə minaya düşüblər.

 

Minaya düşən şəxslərin qohum olduğu deyilir. Onlar ayaq nahiyyətlərindən xəsarətlər alıblar. Hər iki şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, minaya düşən sakinləri ərazidə olan çoban aşkar edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı