Modern.az

"VAZ-2106" motosikletlə toqquşdu - Sürücü öldü

"VAZ-2106" motosikletlə toqquşdu - Sürücü öldü

Hadisə

25 Avqust 2026, 09:08

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Nazim İsayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən Mahmud Kərimovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-na yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü hadisədən bir gün sonra vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...