Modern.az

Bakıda kişi evini yandırdı - YENİLƏNİB

Bakıda kişi evini yandırdı - YENİLƏNİB

Hadisə

24 Avqust 2026, 00:22

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.

Yanğının həmin ünvanda yaşayan şəxslər arasında şəxsi münaqişə zəminində törədildiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunublar.

Yanğın söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

23.08.2026

Saat 22:39

Bakı şəhəri, Xətai rayonunda, yaşayış binasında yanğın baş verib.

Modern.az xəbər verir ki, yanğının Həzi Aslanov metrostansiyasının yaxınlığındakı binalardan birində başladığı bildirilir.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!