Modern.az

"Evdə tək 2" filminin ulduzu vəfat edib

"Evdə tək 2" filminin ulduzu vəfat edib

Mədəniyyət

26 Avqust 2026, 20:44

"Evdə tək 2", "Rokki Horrorun film şousu" və "O" kimi film və seriallardakı rolları ilə tanınan britaniyalı aktyor Tim Karri 80 yaşında vəfat edib.

Moder.az "Variety"yə istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri bildirib.

Qeyd olunub ki, Karri insultdan sonra Los-Ancelesdə dünyasını dəyişib. O, son vaxtlar əlil arabasında hərəkət edirdi.

Onun ən məşhur rolları arasında "Rokki Horrorun film şousu"nda doktor Frenk-n-Ferter, 1990-cı ilin "O" mini-serialında kloun Pennivayz və "Evdə tək 2" komediyasında hotel qapıçısı rolları yer alır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!