Modern.az

Yaponiyada zəlzələ olub

Yaponiyada zəlzələ olub

Dünya

27 Avqust 2026, 00:55

Yaponiyanın Xonsyu adasının şərq sahilləri yaxınlığında 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 117 min nəfərin yaşadığı İşinomaki şəhərindən 225 km cənubda yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Mümkün xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya ordusunda DƏHŞƏTLİ İTKİLƏR - Şok rəqəmlər üzə çıxdı