Samir Salam "casus işi"nə görə saxlanıldı

Samir Salam

Hadisə

13 Mart 2023, 15:18

İlahiyyatçı Samir Salam da Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, saxlanılanlar arasında daha bir neçə tanınmış ilahiyyatçı da var.

 

Qeyd edək ki, Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

 

Hüquq-mühafizə orqanlarının ötən gün keçirdikləri əməliyyat nəticəsində İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna növbəti hücuma başladı, ağır döyüşlər gedir