Modern.az

Azərbaycanda 9 nəfər zəhərlənmədən ÖLÜB

Azərbaycanda 9 nəfər zəhərlənmədən ÖLÜB

Hadisə

3 Aprel 2024, 09:10

Mart ayı ərzində KTM-ə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən açıqlama verilib.

 

Şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.


Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.


Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub.


Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok