Modern.az

Zaqatalada yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Zaqatalada yük və minik maşınları toqquşdu - Xəsarət alan var

Hadisə

3 Aprel 2024, 10:39

Zaqatalada yük maşını ilə minik avtomobili toqquşub.

 

Modern.az-ın məlumatına görə, hadisə səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Yeni Suvagil kənd ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan minik avtomobili eyni istiqamətdə hərəkət edən iritonnajlı yük maşınına çırpılıb.

 

Nəticədə minik avtomobilində olan 1961-ci il təvəllüdlü Zaqatala şəhər sakini Qasım Rəcəb oğlu İsgəndərov xəsarət alaraq rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok