Modern.az

Lənkəranda traktorla yük maşını toqquşdu - Xəsarət alanlar var

Lənkəranda traktorla yük maşını toqquşdu - Xəsarət alanlar var

Hadisə

3 Aprel 2024, 14:58

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında Lənkəran rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan yük avtomobili traktorla toqquşub. Yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası, canlı qüvvəsi və Cənub Regional Mərkəzinin xilasediciləri yük maşınında sıxılıb qalanları çıxarırlar.

 

Qeyd edək ki, qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok