Modern.az

Bakıda kişi körpüyə çıxıb intihara cəhd etdi

Bakıda kişi körpüyə çıxıb intihara cəhd etdi

Hadisə

3 Aprel 2024, 15:46

Bakı şəhər Sabunçu rayonu ərazisində körpüdə intihara cəhdin qarşısı alınıb.
 

Modern.az xəbər verir ki, Heydər Əliyev prospektinin üzərindəki körpüyə çıxaraq özünü atmaq istədiyini nümayiş etdirən gənc oğlan ərazidəki polis əməkdaşları tərəfindən fikrindən daşındırılıb.

 

O, ərazi üzrə polis şöbəsinə aparılıb. Müəyyən edilib ki, intihara cəhd edən şəxs 1997-ci il təvəllüdlü S.Əhmədzadədir.

 

Hazırda araşdırma aparılır.

 

Qeyd edək ki, bu körpüdə əvvəllər də dəfələrlə intihar və intihara cəhd hadisələri baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok