Modern.az

Tərtər və Ağdamda minaya düşənlərin vəziyyəti ağırdır

Tərtər və Ağdamda minaya düşənlərin vəziyyəti ağırdır

Hadisə

3 Aprel 2024, 16:12

Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır.

 

Modern.az xəbər verir ki, hazırda onların müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.

 

Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir.

 

Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində təmizləmə işləri aparan zaman minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev xəstəxanadan evinə buraxılıb.

 

Qeyd edək ki, hər iki faktla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında araşdırma aparılır. ("Report")

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok