Modern.az

Türkiyəli atletlər İlham Əliyevə və xanımına təşəkkür etdilər - VİDEO

Türkiyəli atletlər İlham Əliyevə və xanımına təşəkkür etdilər - VİDEO

İdman

17 Aprel 2023, 12:46

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr edən türkiyəli atletləri təbrik etmişdilər.

 

Modern.az-ın məlumatına görə, İTV-yə danışan Ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və Ağır atletika üzrə Avropa çempionatının gümüş medal sahibi Qamze Altun Azərbaycan dövlət başçısına və xanımına təşəkkür ediblər:

 

“Buradan bizə təşəkkürünü çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik. Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış – bayrağın yandırılması səbəbindən azərbaycanlı qardaşlarımıza ərmağan etdik. Sizləri çox sevirik və hər zaman yanınızdayıq”.

 

Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov