Modern.az

Qadın idmançımız Avropa çempionu oldu 

Qadın idmançımız Avropa çempionu oldu 

8 Avqust 2023, 14:47

Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında qızıl medal qazanıb.

 

Milli Paralimpiya Komitəsindən Modern.az-a verilən məlumata görə, idmançı 48 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

 

Bu, Azərbaycan yığmasının qitə birinciliyində əldə etdiyi ilk medaldır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir