Modern.az

Bolqarıstanda prezident seçkilərinin qalibi məlum oldu

Bolqarıstanda prezident seçkilərinin qalibi məlum oldu

Dünya

Bu gün, 09:33

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı İliyana Yotova qələbə qazanıb.

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrdə bildirilib.

Seçki protokollarının 99,68 faizinin hesablanmasından sonra İliyana Yotova və onun vitse-prezidentliyə namizədi Kiril Valçev səslərin 57,66 faizini toplayıblar.

Onların rəqibləri, keçmiş baş nazir Andrey Gyurov və vitse-prezidentliyə namizəd Georgi Kandev isə 39,38 faiz səs qazanıblar.

Məlumata görə, Yotova və Valçevə 1 milyon 91 mindən çox, rəqiblərinə isə 745 mindən artıq seçici səs verib.

Andrey Gyurov və Georgi Kandev seçkilərdə məğlub olduqlarını etiraf ediblər.

Qeyd edək ki, seçkilərin yekun nəticələri bütün protokolların hesablanmasından sonra rəsmən elan olunacaq.

İliyana Yotova nəticələrin təsdiqlənəcəyi təqdirdə Bolqarıstan tarixində ümumxalq səsverməsi ilə seçilmiş ilk qadın prezident olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!