Modern.az

Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək

Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək

Ölkə

Bu gün, 09:29

Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayında "Rəqəmsal Media Ayı" keçiriləcək.

Bu barədə  Modern.az-a Şuradan məlumat verilib.

Qeyd olunub ki, "Rəqəmsal Media Ayı"nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.

Ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!