Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri müəyyənləşib.
Modern.az xəbər verir ki, D yolunun finalında Tacikistan və Kanada komandaları 97-ci yer uğrunda mübarizə aparıblar. Qarşılaşma Tacikistan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.
C yolunun finalında isə 65-ci yer uğrunda Belarus və Tunis komandaları üz-üzə gəliblər. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşib.
Modern.az xəbər verir ki, F yolunun finalında Yeni Zelandiya və Efiopiya komandaları üz-üzə gəliblər. Qarşılaşma Yeni Zelandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Yeni Zelandiya 161-ci yer uğrunda mübarizədə qalib olub.

E divizionun 129-cu yer uğrunda finalında isə Mərkəzi Afrika Respublikası Banqladeşlə qarşılaşıb. Bu görüşdə Mərkəzi Afrika Respublikası rəqibini məğlub edərək divizionun qalibi adını qazanıb.

Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.
Modern.az-ın məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.
Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək.
Bundan əlavə, B, C, D, E və F Divizionlarının da qalibi bəlli olacaq.
Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.
A Divizionu
Final
18:00. Çexiya - İspaniya
B Divizionu
Final
15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)
C Divizionu
Final
13:30. Tunis - Belarus (65-ci yer uğrunda)
D Divizionu
Final
12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)
E Divizionu
Final
10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)
F Divizionu
Final
09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)
Xatırladaq ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.