Modern.az

Pepe yenidən İspaniyaya qayıdır?

Pepe yenidən İspaniyaya qayıdır?

13 İyul 2024, 08:23

Portuqaliya millisinin futbolçusu Pepe yenidən İspaniya çempionatında oynaya bilər.

 

Modern.az xəbər verir ki, 41 yaşlı müdafiəçinin xidmətindən La Liqa təmsilçisi "Selta" maraqlıdır. Viqo klubu oyunçu üçün təklif göndərməyə hazırlaşır.

 

Son olaraq ölkəsinin "Portu" komandasında çıxış etmiş tanınmış müdafiəçi hazırda azad agent statusundadır.

 

Qeyd edək ki, Pepe daha əvvəl İspaniyada "Real Madrid"in formasını geyinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyev bu vəzifədən də qovuldu