Modern.az

Beynəlxalq PROQNOZ: “Neft 2017-ci ildə bahalaşacaq”

Beynəlxalq PROQNOZ: “Neft 2017-ci ildə bahalaşacaq”

İqtisadiyyat

29 Sentyabr 2016, 11:04

Dünyanın ən nüfuzlu analitik mərkəzlərindən sayılan “Goldman Sachs” 2017-ci ilin ilk yarısında neftin 1 barelinin 7-10 dollar bahalaşacağını proqnozlaşdırır.

 

Modern.az təşkilata istinadən xəbər verir ki, “qara qızıl”ın bahalaşması OPEK ölkələrinin neftin hasilatını hazırki səviyyədə dondurmasından sonra baş verəcək.

 

OPEK ölkələri Əlcəzairdə toplantı keçirərək neft hasilatını sutkada 32,5-33 milyon barel səviyyəsində saxlamağı müzakirə edəcək. Yekun qərar noyabrın 30-da Vyanada keçiriləcək.

 

 

 Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok