Modern.az

1 dollar 100 rublu keçdi

1 dollar 100 rublu keçdi

İqtisadiyyat

14 Avqust 2023, 10:56

Birjada dolların məzənnəsi 100.3 rublu ötüb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu, 23 mart 2022-ci ildən bəri ilk belə göstəricidir.

 

Avronun məzənnəsi isə 109.2 rubl təşkil edir. Yuan da 13.7 rubla yüksəlib. Rusiya valyutası artıq il yarım ərzində öz minimumunu bir neçə dəfə yeniləyib. Avqustun əvvəlindən etibarən azalma sürətlənib və təxminən 7% təşkil edib ki, bu da bütün iyul ayı ilə müqayisədə çoxdur.

 

Ötən həftə Rusiya Mərkəzi Bankı vəziyyətə müdaxilə edərək, büdcə qaydası çərçivəsində yuan alışını ləğv edib. Qeyd olunub ki, bu, tələbi daha da artıra bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok