Modern.az

Qazaxıstandan "Mir" kartlarına qadağa

Qazaxıstandan

İqtisadiyyat

3 Aprel 2024, 14:48

Qazaxıstanın bəzi bankları sanksiyalara görə Rusiyanın “Mir” kartlarına xidmət göstərməkdən imtina edib.

 

Modern.az xəbər verir ki, Interfax agentliyi Qazaxıstan Milli Bankına müraciət edərək Rusiyanın “Mir” kartına xidmətlə bağlı münasibətini öyrənməyə çalışsa da, tənzimləyici sorğuya cavab verməyib.

 

Bir müddət öncə məlum olub ki, Qırğızıstanın Milli Ödəniş Sistemi də aprelin 5-dən “Mir” kartlarına xidmət göstərməyi dayandıracaq.

 

Xatırladaq ki, 2024-cü il fevralın 23-də ABŞ Rusiyanın “Mir” ödəniş sisteminə qarşı sanksiya tətbiq edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok