Modern.az

Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi AÇIQLANIB

Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi AÇIQLANIB

İqtisadiyyat

2 Aprel 2024, 11:27

Gürcüstanın xalis beynəlxalq investisiya mövqeyi mənfidir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

 

31 dekabr 2023-cü il tarixinə bu, 30 milyard dollar olub, dördüncü rübdə isə bu rəqəm 663,7 milyon dollar pisləşib.

 

Ümumi beynəlxalq aktivlər 2023-cü ilin üçüncü rübünün sonundan 382,2 milyon dollar artaraq 15,9 milyard dollar təşkil edir.

 

Xalis beynəlxalq investisiya mövqeyi xaricdə bir ölkənin rezidentlərinə məxsus aktivlərin dəyəri ilə müəyyən ölkədə xarici investorlara məxsus aktivlərin dəyəri arasındakı fərqdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok