Modern.az

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb

İqtisadiyyat

3 Aprel 2024, 09:34

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 3 dollara yaxın artıb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,63 ABŞ dolları, yaxud 2,95 % artaraq 91,85 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok