Türkiyənin TV8 telekanalında yayımlanan “Survivor 2021” yarımasının qalibi məlum olub.
Modern.az saytı xəbər verir ki, 6 ay davam edən “Survivor 2021”in finalında iki iştirakçı – “Qırmızılar komandası”ndan İsmayıl Balaban və “Mavilər komandası”ndan Poyraz İgid mübarizə aparıblar.
Ötən gecə keçirilən finalda daha çox SMS toplayan İsmayıl Balaban “Survivor 2021”in çempionu seçilib.
Qeyd edək ki, İsmayıl Balaban 3 sentyabr 1987-ci ildə Antalya bölgəsində anadan olub.
Yağlı güləş pəhləvanı olan İ.Balaban iki dəfə bu idman növündə 1-cilik qazanıb.
A.Qorxmaz