Modern.az

Məşhur amerikalı aktyora demensiya diaqnozu qoyuldu

Məşhur amerikalı aktyora demensiya diaqnozu qoyuldu

Mədəni̇yyət

17 Fevral 2023, 08:57

Amerikalı aktyor Brüs Villisə alın-gicgah demensiyası diaqnozu qoyulub.

 

Modern.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.

 

2022-ci ilin mart ayında ona afaziya (nitq pozğunluğu) diaqnozu qoyulub, bundan sonra aktyor karyerasını bitirmək qərarına gəlib. Ailəsi o vaxtdan xəstəliyin irəlilədiyini və indi daha dəqiq diaqnoz qoyulduğunu bildirib.

 

"Təəssüf ki, ünsiyyət problemləri Brüsun qarşılaşdığı xəstəliyin simptomlarından yalnız biridir ... Bu gün bu xəstəliyin müalicəsi yoxdur, lakin ümid edirik ki, vəziyyət yaxın illərdə dəyişə bilər", - açıqlamada deyilir.

 

67 yaşlı Hollivud ulduzu karyerasına 1980-ci illərdə başlayıb və 130-dan çox filmdə çəkilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok