Modern.az

İrfan Sapmaz Federasiya yaradır

İrfan Sapmaz Federasiya yaradır

3 Dekabr 2020, 12:02

Dünyaca tanınmış savaş jurnalisti İrfan Sapmaz yeni təşkilat yaradır.

Modern.az xəbər verir ki, bu məlumatı jurnalist özü açıqlayıb.

O qeyd edib ki, bu gün Dünya Savaş Jurnalistləri Federasiyasına böyük ehtiyac var:

Mən 30 ildir ki, savaş müxbirliyi edirəm. Bu müddət ərzində qarşılaşdığım minlərlə problem olub.

Son on ildə müharibələr zamanı 550-dən çox jurnalist həyatını itirib. Təbii ki, bir savaş jurnalisti kimi bunlara səssiz qalmaq mümkün deyil. Hesab edirəm ki, bu sahədə dünyada bir jurnalist təşkilatı qurulmalıdır. Mən mərkəzi Amerikada olacaq belə bir federasiyanın qurulması üçün fəaliyyətə başlamışam.

Universitetdə də savaş jurnalistikası ilə bağlı tədris olunacaq praktiki dərslik üzərində işləyirəm. Bundan sonra Amerikada yaşayacam. Həyatımı federasiya və jurnalistika müəllimliyinə həsr edəcəm”.

Mehri QURBAN

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok