Modern.az

Zakir Həsənov Türkiyənin müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Türkiyənin müdafiə naziri ilə görüşüb

Aktual

27 Sentyabr 2016, 14:01

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri cənab Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok