Modern.az

Türkiyədə 76 qaçqın saxlanıldı

Türkiyədə 76 qaçqın saxlanıldı

Dünya

17 İyun 2017, 00:43

Türkiyənin Sahil Mühafizə Qüvvələri Egey dənizində xeyli qaçqını saxlayıb. Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hərbçilərin Egey dənizində keçirdiyi patrul xidməti zamanı Əfqanıstan, Pakistan və Somalidən olan 76 qaçqını saxlayıb.

Məlumata görə, qaçqınlar qeyri-leqal yolla Yunanıstan sahillərinə çıxmağa çalışıblar. Saxlanılanlar arasında, həmçinin, Gürcüstanın 3 vətəndaşı da olub. Onlar miqrantların Türkiyədən Yunanıstana qanunsuz daşınmasını təşkil ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok