Modern.az

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO

Aktual

24 Fevral 2018, 16:57

Fevralın 24-də daxil olmuş məlumat əsasında, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağdam rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi “Vaz 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilmişdir.

 

Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş cəmdəyi aşkar olunmuşdur.

Rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir.


“Vaz 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobilində aşkar olunan, şaqqalara bölünən at cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilmişdir.

 

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok