Ermənistan parlamentində “Yelk” fraksiyası Nikol Paşinyanı rəsmən baş nazir postuna irəli sürüb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunun üçün 105 nəfərlik parlamentdə “Yelk” fraksiyasının müttəfiqi “Çiçəklənən Ermənistan” partiyası ilə birlikdə 40 deputat kürsüsü var.
Respublika və Daşnaksütyun partiyalarının isə birgə kürsü sayı 55-dir.
İqtidardakı Respublika partiyası isə erkən seçkilərə qədər öz namizədlərini irəli sürəcəklərini bildirib. Qeyd edək ki, baş nazir seçkisi mayın 2-də baş tutacaq.