Modern.az

Dağıstanda dəhşətli qəza – 18 nəfər yaralandı

Dağıstanda dəhşətli qəza – 18 nəfər yaralandı

20 Avqust 2018, 11:26

Dağıstanın Qarabudaxkent rayonunda 5 avtomobilin iştirakı ilə irimiqyaslı yol qəzası baş verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5-i uşaq olmaqla 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisənin bakı vaxtı ilə saat 09:30-da rayonun Açı-Su qəsəbəsində baş verdiyi bildirilir.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok