Modern.az

Sabiq nazir müavini Aslan Aslanov vəfat etdi

Sabiq nazir müavini Aslan Aslanov vəfat etdi

23 Avqust 2018, 12:59

Kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov vəfat edib.

Bu barədə Modern.az saytına mərhumun dostları məlumat veriblər. Onlar bildiriblər ki, Aslan Aslanov avqustun 23-də gecə saatlarında dünyasını dəyişib. Mərhumu bu gün dəfn etmək üçün doğulduğu Şəmkir rayonuna aparıblar. Qeyd olunur ki, Aslan Aslanov son illər ağır xəstəlikdən əziyyət çəkirmiş.

Aslan Əli oğlu Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub.

Daha sonra 2013-cü ilin oktyabrınadək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb. 2013-cü ildən sonra heç bir rəsmi vəzifəyə təyin olunmamışdı, işsiz idi.


Aslan Aslanov həm də YAP Siyasi Şurasının üzvlərindən biriydi.


O, 2017-ci il noyabrın 18-də prezident İlham Əliyevin sərəncamı ilə  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən  Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi “Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin...


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok