Modern.az

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

Aktual

22 Sentyabr 2018, 20:03

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

 

Məclis Aparatından Modern.az-a verilən məlumata görə, AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin Tbilisidə keçiriləcək iclasında bir sıra aktual məsələlər müzakirə olunacaq.

 

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

 

Səfər sentyabrın 26-da başa çatacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok