Modern.az

Ukrayna hökuməti istefaya getdi

Ukrayna hökuməti istefaya getdi

20 May 2019, 19:38

Ukraynanın baş naziri Vladimir Qroysman hökumətin istefa verdiyini bəyan edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, hökumətin çərşənbə günü keçiriləcək iclasından sonra vəzifədən gedəcəyini bildirən baş nazir Ali Radaya (parlamentə) seçkilərdə namizəd olacağını qeyd edib.

 

“Gələcəkdə daha böyük işlər görəcəyimizə əminəm. Yeni parlamentdə silahdaşlarımızla birgə peşəkar komanda yaradıb dövlətə xidmət edəcəyik”, - V.Qroysman diqqətə çatdırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok