Modern.az

Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA

Araz Əlizadə Ayaz Mütəllibovla düşmənçilik edir? - AÇIQLAMA

Aktual

24 May 2019, 14:39

Sosial şəbəkələrdəki bəzi iddialara görə, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla  Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə arasında münasibətlər pozulub. Hətta bu münasibətlərin hansı səbəbdənsə düşmənçilk səviyyəsinə çatdığı da söylənilir.


İddialarla bağlı Modern.az-a danışan deputat Araz Əlizadə bildirib ki, Ayaz Mütəllibovla əlaqələri pozulmayıb:

 

“Bizim münasibətlərimizdə heç bir problem yoxdu, dostluğumuz davam edir. Mən Ayaz Müətəllibovla ölkə ilə bağlı heç nəyi müzakirə etmirəm. Salamatıq, heç bir problem yoxdur, Allaha şükür”.


Qeyd edək ki, Ayaz Mütəllibov əvvəllər Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri olub. Sonradan eks-prezident həmsədrlikdən istefa verərək siyasətdən getdiyini bəyan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok