Modern.az

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı

Aktual

19 İyul 2019, 09:59

Qazaxıstan prezidentinin Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi yeni vəzifəyə təyin edib.

 

Modern.az xəbər verir ki, Prezidentin fərmanı ilə Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

 

Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

 

Xatırladaq ki, Beybit İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok