Modern.az

İsmayıllıda 7 nəfər ZƏHƏRLƏNDİ

İsmayıllıda 7 nəfər ZƏHƏRLƏNDİ

Aktual

19 Sentyabr 2019, 14:07

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub. İsmayıllının Talıstan kəndində keçirilən tədbirdə iştirak edən Bəxtira Mayilova, Natavan Nəcəfova, Yeganə Məmmədova, Aytac Rəcəbova, Amil Quliyev, Əlibaba Quliyev, Cavad Allahverdiyev adlı şəxslərin halı qəflətən  pisləşib.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zəhərlənmə ehtimalı olan həmin 7 nəfər  İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar:

“Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib”.

Onların dönərdən zəhərləndiyi ehtimal olunur. 


Hazırda faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok