Modern.az

Rusiya diplomatı "qara siyahı"ya saldı

Rusiya diplomatı

Aktual

5 Dekabr 2019, 22:17

Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı səfirliyinin diplomatını “arzuedilməz şəxs” (“persona-non-qrata”) elan edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bolqarıstan Respublikasının Rusiyadakı səfiri Atanas Krıstin dekabrın 5-də Moskvada XİN-ə çağırılıb və ona nota təqdim olunub. Diplomatımız qarşılıqlı prinsip əsasında “persona-non-qrata” elan olunub”, - deyə nazirlik vurğulayıb.

Məlumata görə, bolqar diplomat Rusiyanın Sofiyadakı səfirliyinin “arzuedilməz şəxs” elan olunmuş əməkdaşı ilə eyni statusdadır.

Qeyd edək ki, cari il oktyabrın 28-də casusluqda şübhəli bilinən Rusiyanın Moskvadakı səfirliyinin əməkdaşı Bolqarıstandan çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok