Modern.az

Yardımlıda silahlı insident: ata və oğlu öldürüldü

Yardımlıda silahlı insident: ata və oğlu öldürüldü

Aktual

27 Fevral 2020, 14:41

Yardımlı rayonunda odlu silahdan açılan atəş nəticəsində iki nəfər ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Eçara kəndində qeydə alınıb.

 

Belə ki, həmin kəndin ərazisində odlu silahdan açılan atəş nəticəsində hələlik şəxsiyyəti məlum olmayan iki nəfər ölüb. Onların ata və oğul olduğu bildirilir. 

 

Hadisənin torpaq mülkiyyətinin bölünməsi üstündə yaranan münaqişə zəmində baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok