Modern.az

Məhkəmə qız qaçıran müəllimə 14 il iş kəsib

Məhkəmə qız qaçıran müəllimə 14 il iş kəsib

Təhsil

6 Yanvar 2010, 13:20

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə müəllim yoldaşını qaçırmaqda və zorlamaqda təqsirləndirilən İsmayıllı rayon sakini Azər Mustafayevi 14 il azadlıqdan məhrum edib.

O, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 149.1-ci (zorlama) maddələri ilə ittiham olunub.

İsmayıllı rayonunun Quşencə kənd orta məktəbində hərbi hazırlıq müəllimi işləmiş Azər Mustafayev ötən il sentyabrın 26-da bu təhsil müəssisəsinin fizika müəlliməsi Kəminə Vahabovanı evlənmək məqsədilə qaçırıb. Məhkəmə araşdırması müəyyən edib ki, Azər Mustafayev hadisədən əvvəl K.Vahabova ilə evlənmək üçün ona bir neçə dəfə elçi göndərsə də, istəyi rədd edilib. Buna görə də o, müəllimə məktəbdən evə gedərkən onu zorla iradəsinə zidd olaraq qaçırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok