Modern.az

Məleykə Abbaszadənin prorektor qızı vəfat etdi - FOTO

Məleykə Abbaszadənin prorektor qızı vəfat etdi - FOTO

Hadisə

18 İyul 2020, 11:28

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə ağır itki üz verib.  

Modern.az xəbər verir ki,  DİM sədrinin onun 44 yaşlı qızı Nigar Abbaszadə vəfat edib. 

Hadisə ailənin Şamaxının Çuxuryurd kəndində yerləşən evində baş verib. İlkin məlumata görə, DİM sədrinin qızı qəflətən ürəktutmadan dünyasını dəyişib. 

N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyirdi.

N. Abbaszadənin ölümü barədə ilk xəbəri “Qafqazinfo” yayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok