Modern.az

Bakıda 4 yaşlı uşaq süd qazanına düşüb öldü

Bakıda 4 yaşlı uşaq süd qazanına düşüb öldü

28 İyul 2020, 09:36

Bakıda bədbəxt hadisə azyaşlı uşağın həyatına son qoyub. Modern.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yaşayan 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov  evdə qaynanan süd qazanına düşərək yanıb. Uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok