Modern.az

Ermənistanda fərarilik artır - parlament cəzaları sərtləşdirdi

Ermənistanda fərarilik artır - parlament cəzaları sərtləşdirdi

Aktual

27 Oktyabr 2020, 21:42

Ermənistan Milli Məclisi bu gün keçirilən növbədənkənar iclasda Cinayət Məcəlləsinə müharibə dövründə bəzi hərəkətlərə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

 

Modern.az erməni KİV-lərinə istinadla xəbər verir ki, ilk növbədə hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə cəzalar sərtləşdirilib.

 

Belə ki, hərbi xidmətdən, təlimlərdən və səfərbərlikdən yayınmaya görə ermənilər 6 ildən 12 ilədək həbs ediləcəklər. Daha əvvəl sözügedən əməllərə görə həbs cəzası 4 ildən 8 ilədək nəzərdə tutulurdu.

 

Qərarın ilk oxunuşdan qəbul olunması ölkədəki hərbi vəziyyətlə bağlıdır. Belə ki, sosial şəbəkələrdə yayılan videolarda erməni hərbi qulluqçular hərbi xidmətdən yayınırlar, könüllülər isə cəbhəyə yollanmaqdan imtina edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok