Modern.az

“Bakcell”dən xidmətlərində yaranmış fasilə ilə bağlı açıqlama

“Bakcell”dən xidmətlərində yaranmış fasilə ilə bağlı açıqlama

Aktual

23 Sentyabr 2022, 17:24

Sentyabrın 21-də axşam saatlarında yaranmış texniki nasazlıq nəticəsində "Bakcell" MMC-nin xidmətlərindən istifadə etmək mümkün olmayıb.

 

Modern.az-ın məlumatına görə, şirkət bildirir ki, hazırda şəbəkənin təkmilləşdirilməsi və ən son texnoloji həllərin tətbiqi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə böyük layihələr həyata keçirilir.

 

21 sentyabr tarixində axşam saatlarında şirkətin xidmətində yaranmış fasilə "Nokia" ilə birlikdə aparılan genişmiqyaslı moderinizasiya işləri ilə bağlı olub.

 

Problemin həlli istiqamətində “Nokia”nın beynəlxalq dəstək komandası və “Bakcell”in texniki heyəti birlikdə çalışıb və texniki nasazlıq tam aradan qaldırılıb.

 

Xidmətlərimizin göstərilməsində yaranan fasiləyə görə abunəçilərimizdən üzr istəyirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok