Modern.az

Xanımı küsüb evdən getdi, ər özünü öldürdü - TƏFƏRRÜAT

Xanımı küsüb evdən getdi, ər özünü öldürdü - TƏFƏRRÜAT

Hadisə

31 Yanvar 2023, 11:38

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunda intihar hadisəsi baş verib. Rayonun Yenikənd kənd sakini 1984-cü il təvəllüdlü Daşqın Abdullayev tüfənglə özünü güllələyərək öldürüb. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, Daşqın Abdullayev 2 il öncə ailəsi ilə birlikdə Kürdəmir rayonundan Şamaxının Yenikənd kəndinə köçüb.

 

D.Abdullayev iki dəfə ailə həyatı qurub. 4 bacının qardaşı olan Daşqının ilk evliliyi uğursuz olub. O, iki dəfə evlənsə də, övlad sahibi olmayıb.

 

Mərhum əsasən kənd təsərrüfatı işlərilə məşğul olub. Qonşularının dediyinə görə, sakinlərlə mehriban münasibətdə olan D.Abdullayevin intiharı hamını şoka salıb.

 

Onun hansı səbəbdən canına qəsd etdiyi sakinlərə məlum deyil. Lakin kənddə gəzən söhbətlərə görə, D.Abdullayevlə həyat yoldaşı arasında şəxsi problemlər yaşanıb. Qadın ərindən küsərək, qonşu Məlikçobanlı kəndinə, atasının evinə gedib. İntihar hadisəsi də məhz bundan sonra baş verib. 

 

Qeyd edək ki, faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok