Modern.az

Bıçaqlanan ailə üzvlərinin vəziyyəti necədir?

Bıçaqlanan ailə üzvlərinin vəziyyəti necədir?

Hadisə

31 Yanvar 2023, 12:00

Ötən gün Gəncədə bıçaqlanan 3 nəfərin vəziyyəti stabildir.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya, bir nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Pasiyentlərin hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilir.

 

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları 3 nəfər şəxsə bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok