Modern.az

Bakıda ticarət mərkəzindən oğurluq

Bakıda ticarət mərkəzindən oğurluq

Aktual

23 Mart 2023, 11:16

Bakıda ticarət mərkəzindən oğurluq olub.

 

Daxili İşlər Nazirliyinin mətbuart xidmətindən Modern.az-a verilən xəbərə görə, Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən martın 21-də saat 22 radələrində Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 1000 manat dəyərində geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Fərrux Qəribov saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok